Ötən il adı dəyişdirilən bankın mənfəətində 10 qat artım

Ötən il adı dəyişdirilən bankın mənfəətində 10 qat artım

Ötən il adını "Premium Bank” olaraq dəyişmiş "Bank Silk Vey” ASC 2018-ci ili 16  milyon 66 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə bağlamışdı. Başqa sözlə, "Premium Bank”ın xalis mənfəəti 10 dəfə artıb.

 

GƏLİRLƏRİ ARTIB

 

"Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Premium Bank”ın cəmi gəlirləri 59 milyon 128 min manat, o cümlədən faiz gəlirləri 37 milyon 556 min manat, qeyri-faiz gəlirləri 21 milyon 572 min manat, faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra əməliyyat mənfəəti  9  milyon 787 min manat təşkil edib. Lakin depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 9 milyon 270 min manatı da azad olduğundan cəmi mənfəət 19 milyon 735 min manat yüksəlib. Mənfəətdən 2 milyon 992 min manat mənfəət vergisi ödənilib.

2017-ci ildə Bankın cəmi gəlirləri 46 milyon 416 min manat, o cümlədən faiz gəlirləri 27 milyon 804 min manat, qeyri-faiz gəlirləri 18 milyon 612 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 9 milyon 355 min  manat əməliyyat mənfəəti qalmışdı. Bank əməliyyat mənfəətinin 7 milyon 214  min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və 540.45 min manat mənfəət vergisi ödəmişdi. Nəticədə Bank həmin ili 1 milyon 600 min manat xalis mənfəət ilə bağlamışdı.

 

"Premium Bank” 2015-ci ili 1 milyon 530 min manat, 2016-cı ili isə 1 milyon 546 min manat xalis mənfəət ilə başa vurmuşdu. 

 

BANK BÖYÜYÜB

 

31 Dekabr 2018-ci il tarixində "Premium Bank" ASC 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin snunda 480 milyon 382 min manat cəmi aktivlərə, 356 milyon 90 min manat cəmi öhdəliklərə və 124 milyon 292 min manat cəmi balans kapitalına malik idi.


Bankın kredit portfeli 2017-cı ilin sonundakı 424 milyon 28 min manatdan 2018-ci ilin sonunda 584 milyon 596 min manata çatıb. Xalis kreditlər isə 408 milyon 214 min manatdan 582 milyon 931 min manata yüksəlib.  

 

İlik müqayisədə "Premium Bank”ın depozit portfeli 241 milyon 812 min manatdan 466 milyon 76 min manata qalxıb.


Ötən ilin sonunda "Premium Bank” 130 milyon 440 min manat məcmu kapitala malik olub. Bank 2017-ci ilin sonunda 116 milyon 248 min manat məcmu kapitala malik idi.

 

OXŞAR XƏBƏRLƏR

Bu gün 20 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.     DİM-dən ...

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...