UniBank-dan 6%-li biznes krediti

UniBank-dan 6%-li biznes krediti
Biznes kreditini Unibankdan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin!

 

Sfera.az bildirir ki, Unibank biznes sahiblərinə çox aşağı faizlə kredit təklif edir. Bankınİpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı çox sərfəli faizli biznes kreditləri ölkəmizdə biznesin inkişafına daha bir dəstəkdir. Həm hüquqi, həm də fiziki şəxs olan iş adamları üçün ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.

 

 

"Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev hesab edir ki, mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır: " Çox sərfəli faizlə verilən bu kreditlər biznesə böyük dəstəkdir. Məsələn, sahibkar bankdan 16%-lə kredit götürübsə, kreditin illik faiz məbləğinin 10%-ni İpoteka və Kredit Zəmanət Fondu ödəyir, qalan 6%-ni isə müştəri ödəyir. Kreditin biznes sahəsindən asılı olaraq daha uzun müddətə (7 ilədək) və manatla verilməsi biznes sahibləri üçün əlavə bir üstünlükdür. VÖEN sahibi olan hər sahibkar bu kredit məhsulu üçün müraciət edə bilər. Unibank olaraq bundan sonra da biznesin inkişafına öz dəstəyimizi verməkdə davam edəcəyik”.

 

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?


-Sərfəli tariflər;

-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.


Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!


OXŞAR XƏBƏRLƏR

Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.     Sfera.az DİM-ə istin...

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.     Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il ...

Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.   Sfera.az xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasi...

Bu gün 20 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.     DİM-dən ...

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...