Logo

Dünya Bankının prezidenti istefaya gedir

Dünya Bankının prezidenti istefaya gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya Bankı(DB) qrupunun prezidentiCim Yon Kimfevralın 1-dən istefaya gedəcək. Bankın rəhbəri vəzifələrini icraçı direktorKristalina Georgiyeva icra edəcək.

Sfera.az"RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bankın press-relizində deyilir.

Kim öz vəzifəsini səlahiyyətlərinin2022-ci ildəbitməsinə xeyli qalmış tərk edir. O,6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə bağlıdır.

"Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək", - deyə məlumatda bildirilir.

Kimin dəqiq harada işləyəcəyi açıqlanmır.

O, DB-nin rəhbəri vəzifəsinə1 iyul 2012-ci il tarixindəbaşlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da,təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR