Logo

“PAŞA Holdinq”dən "Kapital Bank"a növbəti sərmayə!

“PAŞA Holdinq”dən "Kapital Bank"a növbəti sərmayə!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Kapital Bank" ASC-nin əlavə emissiya etdiyi 19 milyon 999 min 999,95 manatlıq səhmi "PAŞA Holdinq” MMC tərəfindən əldə edilib.

İnsayder əqdi 21 dekabr 2018-ci il tarixində bağlanıb.

Əqdin bağlanmasından sonra "PAŞA Holdinq” MMC-nin "Kapital Bank"ın nizamnamə kapitalında payı 99,8755%-ə çatıb. Holdinq 18 milyon 205 min 724 ədəd "Kapital Bank” səhminə malikdir.

Xəbər verdiyimiz kimi, "Kapital Bank" ASC hər birinin nominal dəyəri 12,39 manat olan 1 milyon 614 min 205 ədəd sənədsiz adlı imtiyazlı səhm emissiya etmişdi. Son emissiyadan sonra Bankın nizamnamə kapitalı 9,72% və yaxud təxminən 20 milyon manat artaraq 225,85 milyon manata yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR