Logo

Azərbaycanda qiymət bahalaşması - RƏSMİ

Azərbaycanda qiymət bahalaşması - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,6%, o cümlədən ərzaq məhsulları 1,2%, qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb./Anews.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR