Qızıl 4 dollara qədər ucuzlaşdı
İqtisadiyyat
10:39 / 12.05.2018
2702
Amerika fond bazarında "Dow Jones" indeksi 0,37% - 24 831,17 bəndədək artıb, NASDAQ isə 0,03% - 7 402,88 bəndədək azalıb, "S&P 500" 0,17% - 2 727,72 bəndədək bahalaşıb.
Sfera.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,31% - 7 724,55 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,17% - 13 001,24 bəndədək, Fransa CAC-40-ı 0,07% - 5 541,94 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar azalaraq 1 318,40 dollara, gümüşün unsiyasının qiyməti 0,06 dollar azalaraq 16,70 dollara satılıb.