Logo

Azərbaycan nefti 3 dollar bahalaşıb

Azərbaycan nefti 3 dollar bahalaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur. Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 9-da 77,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3 dollar/barel çoxdur./trend
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR