Şok Avtomobil bazarında QİYMƏTLƏR oynayır

Şok Avtomobil bazarında QİYMƏTLƏR oynayır
Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, Bakıda mart ayı ərzində əvvəlki aya nisbətən avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb. Onun sözlərinə görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub və əvvəlki ayla müqayisədə orta qiymət 2.5 faiz artıb.

N.İbrahimovun sözlərinə görə, ümumi təklif portfelinin 88 faizini benzin mühərriki ilə olan avtomobillər, 12 faizini isə dizel mühərriki ilə olan avtomobillər təşkil edib. Bunlardan isə 67 faizini avtomat sürət qutusu, 33 faizini isə mexaniki sürət qutusu ilə olan avtomobillər təşkil edib.

Ekspert bildirib ki, benzin ilə olan avtomobillərin orta qiyməti 22,263 manat, dizel ilə isə avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı əsasən benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...