“Technol” qlobal bazara çıxır
İqtisadiyyat
12:57 / 03.05.2018
3175
Qafqazın və Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı "Technol” dünyanın bir çox ölkəsi ilə ixrac müqaviləsi imzalayıb.
Hazırda Dubayda keçirilən qlobal avtomexanika sərgisində Azərbaycandan yeganə təmsilçi olan "Technol” şirkətindən verilən məlumata görə, sərgi boyunca 9 ölkə ilə artıq ixracat müqaviləsi bağlamaq üçün yekun razılıq əldə olunub. Bunlar əsasən Xəzəryanı, Ərəb və Şərqi Avropa ölkələridir.
"Made in Azerbaijan” devizi ilə Azərbaycanı beynəlxalq sərgilərdə təmsil edən "Technol” il sonuna qədər ixracat müqavilələrinin sayını 15-ə çatdırmağı planlaşdırır.
Sfera.az