Logo

Banklar gücləndirilmiş iş rejimində çalışacaq - SƏBƏB

Banklar gücləndirilmiş iş rejimində çalışacaq - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Növbəti dəfə keçiriləcək Bakı Ticarət Festivalı ("shopping festival") ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 1-dən 31-nə qədər 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan Sfera.az-a verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Koordinator: Vüsal Həsənov

Email: vü[email protected]

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR