Neftçalada istehsal edilən maşınlar: Qiymət 14 mindən başlayır (FOTOLAR)

Neftçalada istehsal edilən maşınlar: Qiymət 14 mindən başlayır (FOTOLAR)
Neftçala Sənaye Məhəlləsində yerləşən "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi avtomobillərin satışına başlanılır.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, "Xəzər” zavodunun ilk avtomobilləri gələn aydan satılacaq. "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, növbəti ayda bazara 300 avtomobil çıxarılacaq.
"Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir".



E.Axundov qeyd edib ki, hazırda avtomobillərin ehtiyat hissələri idxal olunur və burada yığılır: "Gələcəkdə həmin hissələr burada hazırlanacaq. Mühərrikin həcmi 1,7 litrdir, qiymətləri isə 14-16 min arasında dəyişir".



"Azərmaş" ASC-nin İdarə Heyətinin sədri əlavə edib: "Avtomobil zavodunda 200 nəfər işləyir, gələcəkdə işçilərin sayı 300-ə çatdırılacaq. Gələn ilin sonuna qədər istehsal olunacaq "Xəzər" avtomobillərinin 20 faizi xaricə ixrac olunacaq. İran tərəfi ixracların müəyyən hissəsini buradan həyata keçirməyi planlaşdırır. Ona görə də gələcəkdə ixrac həcmlərinin artırılması nəzərdə tutulub. Bunlar bazarda ən ucuz maşınlardır. Hazırda bazarda Rusiya və Çin maşınları ucuz sayılır ki, onların qiyməti 21 mindir. Bizim maşınlar isə daha ucuz bazara təklif olunacaq".























OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...