Avtomobillər ucuzlaşdı

Avtomobillər ucuzlaşdı
2018-ci ilin fevralında Bakının avtomobil bazarında orta qiymət 22 208 manata bərabər olub. Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
 

Onun sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər 1,83 faiz azalıb.
 

Ekspert qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163 avtmobil satışa çıxarılıb:
 

"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 7 faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi – 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 21 343 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin payı 11,8 faizə bərabər olub. Bu avtomobillərin orta qiyməti 28 682 manat olub. Bazarda avtomatik ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil edib, orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər qutusu ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti 8 709 manat olub".
 

N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında bazarda avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr təşkil edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb. Avtomobillərin orta yaşı 13,3 ilə bərabər olub.Ekspert əlavə edib ki, bazarda təqdim olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:
 

"Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 10,4 faiz, 5 ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib".
Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert bildirib ki, bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı korreksiya ilə əlaqədardır:
"Yanvar ayında Bakının avtomobil bazarında orta qiymət 20,39 faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər stabilləşir və korreksiya baş verir".trend

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...