Taxtadan 70 mərtəbəli göydələn
İqtisadiyyat
08:26 / 23.03.2018
3597
Yaponiyanın "Şumitomo Forestry” şirkəti Tokioda taxtadan 350 metr hündürlükdə göydələn inşa etməyi planlaşdırdığını elan edib.
Binanın konstruksiyasının zəlzələyə qarşı müqavimətini artırmaq üçün poladdan da istifadə olunması nəzərdə tutulur. Buna qədər Yaponiyada taxtadan inşa edilən ən hündür tikili yeddi mərtəbəli olub.
455 min kvadratmetr sahəni əhatə edəcək yeni göydələn çoxfunksiyalı olacaq. Burada mağazalar, ofislər, mehmanxana və mənzillər yerləşəcək. Tikilinin ümumi dəyərinin 5,5 milyard dollar təşkil edəcəyi bildirilir. Göydələnin inşası üçün ümumilikdə 185 min kubmetr taxta sərf olunacağı gözlənilir. Adətən "Şumitomo Forestry” şirkəti bu qədər taxta materialı 8 min adi binaya sərf edir.