Logo

"Yeni tikililərin sahibləri ya vergi ödəməli..." - Deputatdan maraqlı TƏKLİF

"Yeni tikililərin sahibləri ya vergi ödəməli..." - Deputatdan maraqlı TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətləri endirilməlidir".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir:

"Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR