Azərbaycan yeni dövrün astanasında: İmicimiz daha da yüksələcək
İqtisadiyyat
15:09 / 15.03.2018
1851
Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Energetika Xartiyasına qoşulacaq.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi üzrə konfransın yekunları ilə bağlı keçirilən brifinqdə bu haqda məlumat verib.
Bildirilib ki, xartiyaya qoşulmaq haqqında müvafiq məktub enerji səmərəliliyi üzrə konfransda Beynəlxalq Energetika Xartiyasının baş katibi Urban Rusnaka təqdim olunub.
Azərbaycanın bu xartiyaya qoşulması ölkəmizə hansı faydaları verə bilər?
Sfera.az-a bu barədə danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunları deyib:
"Bu xartiyaya qoşulmaq sadəcə olaraq qonşu ölkələrlə enerji əlaqələrinin qurulması, alış-veriş baxımından önəm kəsb edir. Yəni, enerji bazarında hər hansı məhdudiyyət yaratmadan onun genişləndirilməsinə töhfə verməklə Azərbaycan da burada adından söz etdirəcək. Azərbaycanın beynəlxalq enerji qurumları ilə münasibətlərinin gücləndirməsi müsbət haldır. Bu cür addımlar həm də Azərbaycanın beynəlxalq enerji bazarında imicinin formalaşmasına müsbət töhfə verir”.
Nigar Məhərrəm
Sfera.az