Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalandı
Martın 14-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb.

Sfera.az bildirir ki, sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.

Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit, idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığı bir daha vurğulanıb və hər iki ölkənin fiziki və hüquqi şəxslərinin fəaliyyətlərini bu prinsiplərə və milli qanunvericiliyə uyğun olaraq təmin etməsi də əksini tapıb.

OXŞAR XƏBƏRLƏR