Ləğv prosesində olan 6 bankın 27 əmlakı ilk dəfə hərraca çıxarılır

Ləğv prosesində olan 6 bankın 27 əmlakı ilk dəfə hərraca çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard”, ASC "Texnikabank”, ASC "Kredobank”, ASC "Zaminbank”, ASC "Royalbank” və ASC "Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 60 lot üzrə satışa çıxarır.

Fonddan Sfera.az-a verilən məlumata görə, 27 lot üzrə əmlak ilk dəfə hərraca çıxarılır, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçünçü dəfə hərraca çıxarılır.

Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansındakı 1 ədəd "Daewoo Nexia”, 2 ədəd "Mitsubishi Lancer”, 5 ədəd "Toyota Corolla”, 1 ədəd "Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan "Texnikabank” ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan "Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac 27 mart 2018-ci il tarixində keçiriləcək. 

Ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd "Lexus LX-570”, 1 ədəd "Mercedes Benz CLS 63 AMG”, 1 ədəd "Mercedes Benz GL500”, 1 ədəd "Mercedes Benz S500i”, 1 ədəd "Jeep Grand Cherokee”, 2 ədəd "Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan "Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan "Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan "Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi ikinci dəfə hərraca çıxarılacaq.

Ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansındakı 4 ədəd "Hyundai Accent”, 1 ədəd "Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan "Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan "Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan "Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd "QAZ-3302-18” yük avtomobili, ləğv prosesində olan "Kredobank” ASC-nin balansındakı 1 ədəd "Lexus LS460” avtomobili və ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin balansındakı "Ford Transit” avtomobili hərraca ilk dəfə isə çıxarılıb.

Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 3 aprel 2018-ci il tarixində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...