Logo

Bayram yarmarkasında ət neçəyə olacaq? - RƏSMİ

Bayram yarmarkasında ət neçəyə olacaq? - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq paytaxtın bir sıra ərazilərində Novruz yarmarkaları qurulub. Lakin hələlik yarmarkalar açılmayıb. Maraqlıdır, bu yarmarkalar nə zaman açılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhəri Murtuzəli Hacıyev ilk dəfə olaraq Sfera.az-a açıqlamasında bu haqda danışıb. Onun sözlərinə görə, Novruz yarmarkasına martın 17-si tarixindən start veriləcək. Yarmarka 4 gün, martın 21-sinədək davam edəcək.

Əhalini əsas maraqlandıran suallardan biri də yarmarkalardakı ətin qiymətidir.

"Bayram yarmarkasında ətin qiyməti 7-8 manat arasında dəyişəcək. Hələlik nə qədər ət tədarükü olacaq, bunu deyə bilmərik. Bu haqda konkret məlumat yoxdur”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR