AccessBank \"Adamlar və siçanlar\" tamaşasına dəstək verdi - FOTOLAR

AccessBank \
Ötən gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın əlil aktyorlardan ibarət ilk və yeganə teatrı olan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.

Sfera.az bildirir ki, tamaşa dünyaca məşhur amerikalı yazıçı Con Steynbekin əsəri əsasında hazırlanıb. Tamaşaya maraq olduqca böyük idi. Bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi. Tədbirə bir sıra məşhur incəsənət xadimlərinin qatılması isə həm aktyor heyətində, həm də tamaşaçılarda həyacanın daha da artmasına səbəb oldu. Onların sırasında xalq artistləri Rafiq Əzimov və Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, yazıçı-publisist Günel Anarqızı, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və s. qeyd etmək olar. Başqa sözlə, gözlənildiyi kimi, anşlaq baş tutdu!

Tamaşadan öncə ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Bizə inanan hər bir kəsə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik".

Nihad Qulamzadə tamaşanın baş sponsoru olan AccessBank-a da xüsusi minnətdarlığını ifadə edib: "AccessBank ilə tərəfdaşlıq bizə zövq verdi. Sözün əsl mənasında, AccessBank bizim hər qayğımıza qaldı. Ümid edirəm ki, bu cür münasibəti biz başqa təşkilatlardan da görəcəyik. İncəsənət sahəsinin hər bir kəsin dəstəyinə ehtiyacı var".

Daha sonra teatrın təsisçisi AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənovu səhnəyə dəvət etdi. Anar Həsənov qeyd etdi ki, Con Steynbek "Sıçanlar və adamlar" əsəri ilə dünyaya səs salıb, lakin ƏSA Teatrının kollektivi bu əsəri Azərbaycan xalqına sevdirə bilib: "Bir aktyor üçün bundan böyük nailiyyət ola bilməz. 2016-cı ilin sentyabr ayının 3-də fəaliyyətə başlayan ƏSA Teatrının heç 2 yaşı tamam olmayıb. Lakin bu teatr qısa müddət ərzində öz adını tamamilə doğruldaraq, ƏNGƏLSİZ, SƏRHƏDSİZ və AZAD teatr olduğunu sübüt etdi".

Cənab Həsənovun sözlərinə görə, ƏSA Teatrını yaratmaq böyük bir cəsarət tələb edirdi: "Bu gün fiziki məhdudiyyəti olan insanlara qarşı münasibət birmənalı deyil. Buna baxmayaraq, bu kollektiv qarşısına məqsəd qoyub və öz məqsədlərinə doğru inamla irəliləyir. ƏSA Teatrının ən böyük nailiyyətlərindən biri də odur ki, bu şəxslər fiziki məhdudiyyəti olan bir çox şəxsə inanılmaz stimul verib, onları motivasiya edib. Fiziki məhdudiyyəti olan şəxslərə münasibət dəyişsə, biz əngəlsiz cəmiyyət qurmuş olacağıq. AccessBank-ın böyük bir kollektivi var və bizim komandamızda xeyli sayda fiziki məhdudiyyəti olan şəxslər çalışır. Tam səmimiyyətlə deyirəm ki, onlar öz fəaliyyətində heç kimdən geri qalmır, hətta bir çox hallarda başqalarından daha yaxşı nəticələr göstərir".

Teatr kollektivinin böyük istedada malik olmasına diqqət çəkən Anar Həsənov bildirdi ki, ƏSA qədim ənənələrə malik olan teatr sahəsindəki stereotipləri qırmağa doğru gedir.

"Mən ƏSA Teatrına teatr sənətimizin əsasına çevrilməyi arzu edirəm. Bu uzun yolda biz hamımız - həm tamaşaçılar, həm də incəsənət xadimləri bu teatrın kollektivinə dəstək olmalıyıq. Belə bir fikir var ki, bir aktyor tamaşaçı alqışı üçün yaşayır. Arzu edirəm ki, alqışsız tamaşanız, tamaşaçısız alqışınız olmasın. İnanıram ki, siz bu alqışların haqqını artıqlaması ilə verəcəksiniz", - deyə cənab Həsənov çıxışına yekun vurub.

Bundan sonra tamaşa təqdim edildi. Tamaşa inanılmaz marağa səbəb olub. Yekunda aktorların bir neçə dəqiqə ərzində ayaq üstə alqışlanması bunu deməyə əsas verir.

Fəxrəddin Manafov, Mehriban Zəki, Günel Anarqızı, Rafiq Əzimov kimi incəsənət xadimləri tamaşaya və AccessBank-ın təşəbbüsünə yüksək qiymət veriblər.
 
 










OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...