Kapitalı az olan bankları gözləyən TƏHLÜKƏ - İyuladək...

Kapitalı az olan bankları gözləyən TƏHLÜKƏ - İyuladək...
Banklarla bağlı yeni bir layihənin həyata keçiriləcəyi gözlənilir.

Bu barədə Sfera.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilib.

Məlumata görə, artıq banklar öz kapitallarına əsasən kredit verə biləcəklər. Bu halda bankların bağlanma ehtimalı da azalmış olacaq. Kapitalı az olan banklar daha az kredit verməli olacaqlar.
 
Məlumatda o da qeyd olunur ki, bu ilin iyul ayınadək bu haqda qərar qəbul edilməsə, kapitalı az olan bankları bağlanma təhlükəsi gözləyir:

"Azərbaycan Banklar Assosiasiyası müzakirə edib ki, artıq banklara qarşı yeni kapital tələblər hazırlanıb. Həmin tələblər bundan ibarətdir ki, artıq bankların 1 şəxsə verəcəyi kreditin məbləği ilə həmin bankın məcburi kapitalı arasında əlaqə olacaq. Bu nə deməkdir? Yəni, bir şəxsə daha çox kredit verilməsi daha çox kapital tələb edəcək. Misal üçün bir bankın bir nəfərə 1 milyon manat kredit verməsi üçün, 50 milyon manat kapitalı olmalıdır. Əgər bir nəfərə 5 milyon manat kredit verməlidirsə, 100 milyon manat kapitalı olmalıdır. Yəni minimum 50 milyon tələb ortadan qaldırılır. Ola bilsin ki, bankın 30 milyon kapitalı var, amma bank bir nəfərə daha az miqdarda kredit verə bilər. Hansısa bir şirkət ondan böyük məbləğdə kredit istədiyi zaman bank ona yüksək kredit məbləği ayıra bilməyəcək. Ona görə də bank kapitalını artırmaq məcburiyyətində qalacaq. Böyük kreditləri böyük kapitalı olan banklar verəcək. Digər banklar miqdarı az olan kreditlərlə məşğul olacaq. Kapitalı azalan bankların bağlanma ehtimalı azalmış olacaq. Bu tələblərlə bağlı qərar qəbul edilməsə, kapitalı az olan banklar digər kapitalı çox olan bankla birləşdiriləcək və ya lisenziyası ləğv ediləcək". 
 
Bankları gözləyən yeni tələblərlə bağlı bu iddiaları dəqiqləşdirmək üçün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevlə əlaqə saxladıq. 
 
Zakir Nuriyev bildirdi ki, bu yeni bir qayda deyil:
 
"Banklarda hazırda mövcud olan qayda belədir ki, kapitalın azdırsa, az kredit verirsən, çoxdursa, çox kredit verirsən. Bu günümüzün normativi ilə tənzimlənir. Ümumiyyətlə, bankların kreditləşmə qaydaları bir-birini tənzimləyir. Bankın kapitalı azdırsa, istər valyuta pozisiyasında olsun, istər digər göstəricilər üzrə baxsaq, az kredit verməyə məcburdur. Bizim internet səhifəsində hər bankın kapitalı barədə məlumat var. Oradan hər bankın kredit vermə imkanının nə qədər olduğunu öyrənmək mümkündür. Banklar kapitalına əsasən mütənasib şəkildə kredit vermə imkanına malikdir. Bu normativlər bankların hamısının kreditləşməsini tənzimləyir və təkcə Azərbaycan banklarına aid deyil. Bunlar beynəlxalq normativlərdir. Bütün dünyada belə tənzimlənir”.

O, kapitalı azalan bankların birləşdirilməsi və ya lisenziyaların ləğv edilməsi ilə bağlı isə bunları deyib:

"Bankın kapitalı nəzarət orqanı tərəfindən qoyulmuş həddən aşağı düşdüyü təqdirdə, həmin bank nəzarətə alınır və o banka müvafiq plan təqdim olunur. Həmin vaxt ərzində bank problemi həll edərsə, yenidən fəaliyyətinə davam edir”.

Ozal Məmmədli


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...