"Dəmirbank"da qorunmayan əmanətlərin aqibəti necə olacaq? - EKSPERT ŞƏRHİ

"Dəmirbankdakı 28.3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın ikisindən öncə bankda sığortalanan depozit kimi yerləşdirilən vəsaitlər idi. Bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi. Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi”.
 
 
Bu sözləri Sfera.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə 30 min manatadək olan əmanətlər sığortalanırdı:
 
"Nəticədə, 2016-ci il martın ikisindən öncə, bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilərin yeni müqavilənin bağlanması üçün müraciət etmədiyindən müqavilə avtomatik olaraq ya eyni şərtlər ilə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb”.
 
 
İqtisadçının sözlərinə görə, əksər depozit anlaşmalarına əsasən müqavilə başa çatdıqda əmanətçi banka müraciət etmirsə, anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır:
 
"Bu isə o deməkdir ki, 2016-ci il martın ikisindən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlər ilə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib. Nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb. Bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil. Bu baxımdan da, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra bank yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda əgər gələcəkdə bank müflis olarsa, həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...