Kimlərin maaşının artacağı bilindi - 25 manatdan 120 manata qədər

Kimlərin maaşının artacağı bilindi - 25 manatdan 120 manata qədər
 Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılacaq professor və dosentlərin sayı dəqiqləşdirilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, çalışan və elmi adı olan 1.400 alimin - 1.060 dosent, 340 professorun əməkhaqqına artım əlavə ediləcək. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək. Artım yanvarın 1-dən hesablanacaq. Alimlərə artımların fevral ayının maaşını alarkən ödənilməsi nəzərdə tutulur.

Dosent və professorların vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi stajı nəzərə alınacaq.

Bu qərara əsasən, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, indiyədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...