2017-ci il üzrə dövlət büdcəsində neçə faiz kəsir olub?

2017-ci il üzrə dövlət büdcəsində neçə faiz kəsir olub?
 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərcləri 17588,3 mln. manat olub.

Maliyyə Nazirliyindən Sfera.az verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı 16446,9 mln. manat və ya 98,1 faiz icra olunub.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya proqnoz 91,2 faiz icra olunub.

Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9 faiz icra olunub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0 mln. manat vəsait transfert edilib.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunub.

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17588,3 mln. manat icra edilib.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804,6 mln. manat icra olunub.

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10921,1 mln. manatı və ya 62,1 faizi cari xərclərə, 5153,5 mln. manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1513,7 mln. manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 1141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub.

Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23951,6 mln. manat, xərcləri isə 24982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1031,0 mln. manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...