Pensiyalarla bağlı dəyişiklik — Prezident hökumətə ÜÇ AY VAXT VERDİ

Pensiyalarla bağlı dəyişiklik — Prezident hökumətə ÜÇ AY VAXT VERDİ
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 825-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakı qərara alınıb:

1.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Pilotumuz Rusiya hava məkanından çıxmaq üçün..." - Qəza ilə bağlı daha bir AÇIQLAMA

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı sual yaradan bir sıra məsələlərin olduğu hər kəsə məlumdur. Bunlardan biri də, təyya...

Azərbaycan ən çox bu iki ölkədən məhsul alır - ADLAR

Azərbaycan xaricdən ən çox məhsulu iki ölkədən - Çin və Rusiyadan alır.   Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbay...

MN: Tank bölmələri hədəflərin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.   Bu barədə Sfera.az-a Müdafiə Nazir...

Yaponiya müdafiə xərcləri üçün rekord məbləğ AYIRDI

Yaponiya hökuməti 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayaraq) büdcə layihəsini 115,54 trilyon yen (təxminən 731,28 milyard dollar) məbləğində ...

Həmrəylik Günü hər birimiz üçün inam və ümid anıdır

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən Həmrəylik Günü hər birimiz üçün inam və ümid anıdı...

Təyyarə fobiyasından necə qurtulmaq olar? - Psixoloqdan TÖVSİYƏ

Xəbər verdiyimiz kimi, çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyar...