"Nar" abunəçiləri həftə sonlarında pulsuz danışır

 "Həftəsonu fürsəti" kampaniyası "Nar" abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır. Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir; sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz. "Nar" abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, "Həftəsonu fürsəti" kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.

Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, "Həftəsonu fürsəti" kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki, telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də "HD voice" texnologiyasından faydalana bilərsiniz. Bir müddət öncə "Nar" şəbəkəsində tətbiq olunmağa başlayan "HD voice" texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.

"Həftəsonu fürsəti" kampaniyası haqqında bütün məlumatı "Nar".az/heftesonu-furseti səhifəsindən əldə edə bilərsiniz.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR

"Embraer"in nümayəndələri Aktauya getdilər

“Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər.   Sfera.az Qazaxıstan KİV-lərinə isti...

Bu şəxslər Bakı və Sumqayıtda tam təmirli mənzillərlə təmin olunacaq

Azərbaycanda 512 nəfər hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.   Bu barədə Sfera.az-a Maliyyə Nazir...

"Pilotumuz Rusiya hava məkanından çıxmaq üçün..." - Qəza ilə bağlı daha bir AÇIQLAMA

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı sual yaradan bir sıra məsələlərin olduğu hər kəsə məlumdur. Bunlardan biri də, təyya...

Azərbaycan ən çox bu iki ölkədən məhsul alır - ADLAR

Azərbaycan xaricdən ən çox məhsulu iki ölkədən - Çin və Rusiyadan alır.   Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbay...

MN: Tank bölmələri hədəflərin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.   Bu barədə Sfera.az-a Müdafiə Nazir...

Yaponiya müdafiə xərcləri üçün rekord məbləğ AYIRDI

Yaponiya hökuməti 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayaraq) büdcə layihəsini 115,54 trilyon yen (təxminən 731,28 milyard dollar) məbləğində ...