Logo

Azərbaycana gətirilən avtomobillərin sayı artıb

Azərbaycana gətirilən avtomobillərin sayı artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.

Sfera.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 169 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 577 ədədi adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR