Bakıda daşınmaz əmlak bazarında qiymətlər dəyişdi

Bakıda daşınmaz əmlak bazarında qiymətlər dəyişdi
 2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb.

Sfera.az-ın xəbərinə görə, bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların icarəsi bazarında qiymətlər azalıb: 

"Noyabr ayında ikinci mənzildə kvadrat metrin qiyməti 1 627 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,16 faiz çoxdur. İlkin mənzilin dəyəri 0,27 faiz azalıb və bir kvadrat metri 1 238 manat təşkil edib. Bakıda noyabr ayında mənzil icarəsi bir kvadrat metr üçün 8,49 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,19 faiz azdır. Noyabr ayında torpaq bazarı 2,48 faiz artıb və bir sot torpaq üçün 20 349 manat təşkil edib”.

Onun sözlərinə görə, noyabr ayında kommersiya obyektləri bazarında qiymətlər azalmaqda davam edib: 

"Kommersiya obyektlərinin bir kvadrat metri üçün orta qiymət 2 588 manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 2,31 faiz azdır. Onların icarəsi isə 1,83 faiz azalıb və 13,65 manat təşkil edib”.

Ekspert qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 7,73 faiz azalıb: 

"İkinci mənzil bazarında qiymətlər il ərzində 13,79 faiz, mənzil kirayəsi 17,04 faiz, torpaq kirayəsi 1,23 faiz azalıb. Ötən ilin noyabr ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 21,31 faiz, ilkin mənzil və kommersiya obyektlərinin kirayəsi bazarında müvafiq olaraq 13,79 və 17,68 faiz azalıb”.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...