Ətlik heyvanların gömrük rüsumu qalxıb? - Açıqlama

Ətlik heyvanların gömrük rüsumu qalxıb? - Açıqlama
 Xaricdən ölkəyə gətirilən diri ətlik heyvanların gömrük rüsumun artırıldığı iddia olunur.
 
Ətlik heyvanların idxalı ilə məşğul olan bir qrup sahibkar müraciət edərək bildiriblər ki, bundan öncə bir "tır” yük üçün gömrük postunda 7500 manat ödəyirdilərsə, son günlərdə bu rüsum artırılaraq 12000 manat olub. Sahibkarlar qeyd ediblər ki, bu səbəbdən yaxın günlərdə ölkədə ətin pərakəndə satışında qiyməti qalxacaq.
 
"Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün Dövlət Gömrük Komitəsinə sorğu verib.
 
DGK-dan cavab olaraq bildirilib ki, diri ətlik heyvanların idxalına görə alınan idxal rüsumlarının məbləğinin artırılması haqda deyilənlər əsassızdır: "Belə ki, son dövrlərdə ölkə ərazisinə diri ətlik heyvanlar əsasən Rusiya Federasiyası, Ukrayna və Gürcüstan Respublikalarından idxal olunub. Qeyd olunan ölkələrlə Azərbaycan Respublikası arasında ikitərəfli qaydada bağlanmış azad ticarət haqqında sazişlərə əsasən idxal zamanı malların mənşəyini təsdiq edən müvafiq sənəd (CT-1 formalı mənşə sertifikatı) təqdim olunduqda həmin mallar idxal gömrük rüsumuna cəlb olunmurlar. Bu səbəbdən həmin ölkələrdən idxal olunan mallara yalnız "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun bəyan olunmuş gömrük dəyərinin 18 faizi həcmində əlavə dəyər vergisi tətbiq olunur.
 
Digər ölkələrdən (azad ticarət haqqında saziş olmadığı təqdirdə) Azərbaycan Respublikasının ərazisinə gətirilən diri ətlik heyvanlar mövcud qanunvericiliyinə əsasən həm gömrük rüsumuna, həm də əlavə dəyər vergisinə cəlb olunurlar.
 
Onu da bildirək ki, mövcud qanunvericilikdə nəzərdə tutulan rüsumlar yük avtomobilinin sayına görə deyil, müxtəlif meyarlar (təqdim olunmuş sənədlərə uyğun diri ətlik heyvanın çəkisi və ya sayı) nəzərə alınmaqla hesablanır”.

OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...