Avtomobillərin qiymətlərində ucuzlaşma gözlənilir
İqtisadiyyat
21:00 / 30.11.2017
1001
Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.
Sfera.az xəbərinə görə, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb.
Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb:
"Avtomobil bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.
Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var.
O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək.