Banklarda gecikmiş kreditlərin məbləği artır
İqtisadiyyat
21:33 / 17.11.2017
1071
2017-ci il oktyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq milli valyuta ekvivalentində 12 milyard 437,2 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 986,6 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 18,9 faizi dövlət, 77,5 faizi qeyri-dövlət bankları, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1 milyard 857,1 milyon manata çatıb və ümumi kredit portfelinin 14,9 faizini təşkil edib.
Sfera.az