Proqnoz: Dollar 4 dəfə bahalaşa bilər

Proqnoz: Dollar 4 dəfə bahalaşa bilər
 Dollar indeksi (DXY) sentyabr ayının 8-də son 33 ayın minimal səviyyəsi olan 91,01 bəndə gerilədikdən sonra yenidən yüksəlməyə başlayıb.

"Report”un analitik qrupu bildirir ki, dollar indeksinin ilin sonuna qədər 97 bəndə qədər yüksəlməsi gözlənilir.

Qeyd edək ki, dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu, avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.

Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 93,5-ə bərabərdir. Azalma təxminən 7,4% təşkil edib. Dollar indeksi məhz Trampın inauqurasiyasından sonra 103,82 bəndə yüksələrək son 14 ilin maksimal həddinə çatıb.

"Texniki təhlillər göstərir ki, dollar indeksi 80 bənddən aşağı düşmədiyi təqdirdə uzunmüddətli perspektivdə yüksəlişini sürdürəcək. Yüksəlişin 121 bəndə qədər, yəni cari səviyyədən 29%-ə yaxın yuxarı olması ehtimal edilir. Belə olduğu halda, dolların sadalanan valyutalarla müqayisədə məzənnəsi orta hesabla 29% möhkəmlənəcəyi proqnozlaşdırılır.

Bu möhkəmlənmə bəzi valyutalarla müqayisədə daha çox, bəzilərinə qarşı isə az ola bilər. Məsələn, səbətin əsas valyutası sayılan avro ilə müqayisədə cari səviyyədən dolların 29% bahalaşması USD/EUR məzənnəsinin təxminən 0,83-ə düşməsinə səbəb olacaq. Yəni, dollar avrodan baha olacaq və 1 dollara 1,20 avro veriləcək. Müqayisə üçün qeyd edək ki, hazırda əksinə, 1 avroya 1,18 dollar və ya 1 dollara 0,85 avro ödənilir”, – analitiklər əlavə ediblər.

Dollar indeksinin tarixi rekordu – 164,7 bənd səviyyəsinə təkrar yüksəlməsi halında isə, dolların təxminən 6 valyutayla müqayisədə orta hesabla 76% möhkəmlənəcək. Belə olarsa, USD/EUR məzənnəsi 0,28-ə qədər geriləyə bilər: "Yəni, 1 dollara 3,57 avro ödənilə bilər”.

Xatırladaq ki, DXY indeksinin maksimal səviyyəsi 1985-ci ildə (164,7), minimal səviyyəsi isə 2008-ci ildə (70,7) qeydə alınıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...