Neft şirkətləri qaz sektoruna yönəlir

Neft şirkətləri qaz sektoruna yönəlir
 Qlobal neft şirkətləri təbii qazın gələcəkdə önəmli rol oynayacağına inanaraq bu sektora iri yatırımlar qoymağa başlayıb.

"Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, bu tendensiya hazırda Londonda keçirilən 38-ci beynəlxalq "Neft və Pul" (Oil and Money) energetika konfransında müşahidə olunub.

"ExxonMobile" şirkətinin vitse-prezidenti Robert Franklinə görə, Şin getdikcə təbii qaza daha çox tələb göstərir. Bu ölkənin maye qaz idxalı ötən il 40% artıb. Bu ölkəni tezliklə Hindistan izləyəcək. Hindistan prezidenti Narendra Modi ölkə iqtisadiyyatını neftdən qaza çevirmək istədiyini dəfələrlə bildirib.

Statistika göstərir ki, dünyanın nəhəng energetika şirkətlərinin təbii qaz sektoruna investisiyaları son 10 ildə 700 mlrd. dollar təşkil edib. "ExxonMobile" və "Royal Dutch Shell" hazırda neftlə müqayisədə daha çox qaz hasil edir. Bu şirkətləri daha çox maye qaz maraqlandırır. Belə ki, maye qazı nəql etmək daha asandır.

Rusiya və Qətər kimi ölkələr qaz hasilatını getdikcə artırır. Bu da, öz növbəsində, təklifi yüksəldərək qiymətləri aşağı çəkir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...