Rusiya-Türkiyə konflikti: Bakıya pomidor xəbərdarlığı
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistan, Azərbaycan və Belarusdan gətirilən pomidora nəzarəti gücləndirəcək.
Bu barədə informasiyanı idarənin mətbuat xidməti yayıb. Federal Xidmət son zamanlar adı çəkilən ölkələrə Rusiyaya gətirilməsi qadağan olunan məhsulların idxalının artdığını bildirib:
"Buradan isə məhsulların Rusiyaya keçirilməsinə cəhd edilir. Bu məhsulların Rusiyaya keçirilməsi zamanı onlar Azərbaycan, Belarus və Ermənistanda istehsal olunan mal kimi təqdim olunur. Biz bununla bağlı adı çəkilən ölkələrin məsul orqanlarına pomidor qablaşdırmalarının etiketlərində onun istehsalçısının dəqiq ünvanının göstərilməsi üçün müraciət etmişik. Ölkəyə gətirilən və bu informasiyalar olmayan pomidorlar onun dəqiq istehsal yeri müəyyənləşdirilənə qədər sərhəddə saxlanılacaq”.
Qeyd edək ki, Rusiya bundan öncə Türkiyədən gətirilən pomidorlara embarqo qoyub. Keçən ildən tətbiq edilən qadağa hələ də ləğv edilməyib.
Sfera.az