Şamaxıda yeni otel tikiləcək

Şamaxıda yeni otel tikiləcək

İqtisadiyyat Nazirliyi Şamaxıda yeni otelin yaradılması üçün sahibkarlara vəsait ayırıb.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu məqsədlə rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirilib.

Forumda nazirlik taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının, süd emalı müəssisəsinin yaradılması üçün layihələrin maliyyələşdirilməsi təkliflərini qəbul edib.

Sahibkarlığa Kömək Milli Fondu həmçinin Şamaxıda yeni otelin yaradılması üçün investisiya layihələrinin maliyyələşdirilməsi təklifinin qəbulunu da məqsədəuyğun hesab edib.

Nazirlik bildirib ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...