FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...
 ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin toplantısında uçot dərəcəsi 0,1-1,25 faiz səviyyəsində saxlanılıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də  uçot dərəcəsini 0,75-1 faizdən  1-1,25 faizədək artırıb.

 

Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75 faiz artırılması barədə qərar qəbul edib.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a dekabrda bir, 2018-ci ildə isə daha 3 dəfə faiz artımına gediləcəyini bildirib:

"Gələn aydan başlayaraq bazarlarda difisitliyin daralması proqramı start götürəcək. Bu da öz növbəsində dünya maliyyə, iqtisadi bazarlarına öz təsirlərini göstərəcək. Çünki FED-in özünün likvidliyi təqribən 4 trilyon dollardır. Əslində böyük imkanları olan FED ayda 20-25 milyard dollar azaltmağa çalışacaq. Əgər dekabrda faiz artımına gediləcəksə, bu, dünya bazarlarında dolların mövqeyini gücləndirəcək. Bu artım bütün ölkələrinə təsir edəcək. Sonuncu toplantıdan dərhal sonra rubl, lirə, avro dollar qarşısında cüzi də olsa ucuzlaşdı. Çox güman ki, dekabrda faiz artımını təxirə salacaq ciddi səbəb olmazsa, FED uçot dərəcəsini artıracaq. Bu da təqribən uçot dərəcəsinin 1, 5 faizə qədər qalxması deməkdir. Gələn il üçünsə 3 dəfə faiz artımının proqnozu daha çox təhlükəlidir. Bu qərardan anlaşılan odur ki, FED 2018-ci ildə bazarları öz təsiri altında saxlayacaq. Növbəti il üçün 2, 5 faiz artımı gözlənilir. İndidən dünya bazarını buna hazırlayırlar.”

 

Ekspert qeyd edib ki, manatla bağlı məsələ fərqlidir:

"Çünki bizdə qiymətli kağızlar bazarı, elektron birjalar yoxdur. Rublun, lirənin dollara dərhal reaksiya verməsi, həmin ölkələrdə "üzən məzənnə” rejiminin tətbiqindən irəli gəlir. Bütün alqı-satqı işləri birjalarda müəyyən olunur. Rusiyada gün ərzində 11 min fiziki və hüquqi şəxs valyuta bazarında fəaliyyət göstərir. Türkiyədə isə 100 min fiziki və hüquqi şəxs bu işlə məşğuldur. Azərbaycanın belə birjaları yoxdur. Mərkəzi Bank hər nə qədər məzənnənin bazar tərəfindən tənzimləndiyini desə də, bunun inzibati qaydalarla icra olunduğu hamımıza bəllidir. Manatın məzənnəsi nəzarət altındadır. Ona görə də FED kimi qurumların qərarları manata həmin an təsir etmir. Amma ümumilikdə Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün iqtisadi təsirlərdən kənarda qala bilməz. Dünyada gedən proseslər gec-tez bizə də təsir edəcək. Dünyada dollar bahalaşacaqsa, manata təsirlərini də hiss edəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...