37 min ton Azərbaycan nefti satışa çıxarılacaq

37 min ton Azərbaycan nefti satışa çıxarılacaq

Bu ay ərzində "Ukrtransnafta” Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan 37 min ton həcmindəki "Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.

Bu barədə "Enkorr” saytına "Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik bildirib.

"Hazırda Kremençuq zavodunda 37 min ton "Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, - o qeyd edib.

Məlumata görə, sentyabrın 5-i üçün nəzərdə tutulan ticarət bülletenində qeyd edilib ki, "Ukrtransnafta” Ukrayna Energetika Birjasında "Azeri Light” markalı 12 min ton nefti satışa çıxarıb. Hərracın əvvəlki kimi diferensial rejimdə keçirilməsi gözlənilir. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.

Qeyd edək ki, "Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...