Logo

SOCAR bir ayda büdcəyə 129 milyon ödəyib

SOCAR bir ayda büdcəyə 129 milyon ödəyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

SOCAR iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödəyib.

Azərbaycan Dövlət Neft Şirkətindən Sfera.az-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat çoxdur.

2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat çoxdur.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR