Azərbaycanda ərzaq məhsulları bahalaşdı

Azərbaycanda ərzaq məhsulları bahalaşdı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarıi 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.

Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində azalma, mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alət və avadanlıqların, velosipedlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım, geyimin, səs və təsvir yazılışı üçün daşıyıcıların, kondisionerlərin, fərdi kompüter və mobil telefonların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, dəmiryol və taksi nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, Azərbaycandan kənara istirahət turlarının qiymətlərində artım, ev və məişət xidmətlərinin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...