Mərkəzi Bank uçot dərəcəsini stabil saxladı
Kateqoriya məlum deyil
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iclası keçirilib.
Qurumdan verilən məlumata görə, iclasda uçot dərəcəsinin indiki 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.
AMB-nin rəhbərliyi həmçinin faiz dəhlizinin yuxarı və aşağı həddinin dəyişməz (18% və 10%) saxlanılmasına qərar verib.
Qeyd edək ki, İH-nin növbəti iclası sentyabrın 18-də olacaq. (report)
Sfera.az






