Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bu ilin may ayında Türkiyə 3,727 mlrd. kubmetr təbii qaz idxal edib.

Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 mlrd. kubmetr qaz alıb.

Mayda idxal olunan qazın 3,266 mlrd. kubmetri boru xətləri, 461 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 mlrd. kubmetr, İrandan 722 mln. kubmetr, Azərbaycandan isə 595 mln. kubmetr qaz alıb.

Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 mlrd. 768,71 mln. kubmetrə çatıb.

Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 mln. kubmetr və ya 3,12% artırıb.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 3,435 mlrd. kubmetrə çatıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cümşüdün toyu olacaqmış: Ürəkparçalayan məktub - FOTO

Bir neçə gün əvvəl Bakıda faciəvi şəkildə həlak olan Cümşüd Cümşüdlünün məzarını sevgilisi ziyarət edib.   Sfera.az Azxeber.com-a istinadən xə...

Laçında İƏT-in Qadınlar Forumu keçirilir

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi” çərçivə...

Yekaterinburqda azərbaycanlıları öldürən OMON-çuların FOTOSU

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində ...

Yekaterinburq hadisəsi: Baş Prokurorluqda brifinq keçirilir

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ...

Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.   Bu barədə Sfera.az-a KTM-dən məlu...

Biləcəri qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq&rdqu...