Lider-55 toyuqları satışa çıxarılır

Lider-55 toyuqları satışa çıxarılır

Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən ətlik istiqamətli Lider-55 adı verilən yeni toyuqlar 10 gündən sonra satışa çıxarılacaq.

Sfera.az xəbər verir ki, bu barədə Azərtac-a Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Məmmədov məlumat verib.

Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Müsüslü Quşçuluq Təsərrüfatı arasında bağlanmış müqaviləyə əsasən, mərkəzdə yeni yaradılmış Lider 55 adı verilən ətlik toyuqlar yetişdirilir. Bu toyuqları seleksiya yolu ilə Aqrar Universitetin doktorantı, Müsüslü Quşçuluq Təsərrüfatının rəhbəri Qiyas Hacıyev əldə edib. Sınaq təcrübələri universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində aparılıb.

Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Urfan Məmmədov Lider 55 toyuqlarının patentinin alınması üçün müraciət edildiyini də vurğulayıb.

Qeyd edək ki, Lider 55 toyuqları görünüşünə görə kənd toyuq cinsinə yaxındır. Lakin bu toyuqlar kənd toyuq cinsindən daha tez yetişir, az yem sərf etməklə daha keyfiyyətli quş əti əldə etmək mümkündür. Bu toyuqların ətinin dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur. Broyler quşlarında xromosomların sayı 72-dirsə, kənd toyuqlarında və əldə edilən Lider-55 ev quşlarında 78-dir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...