Logo

Azərbaycanda yeni fabriklər tikilir

Azərbaycanda yeni fabriklər tikilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

550 vətəndaşı işlə təmin edəcək fabrikin inşasına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq.

Belə ki, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Yeni yaradılacaq Mingəçevir Tekstil MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Artıq fabriklərin inşasına başlanıb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR