Türkiyə borclu ölkələrdəndir - Statistika
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayına dair beynəlxalq investisiya mövqeyi statistikasını açıqlayıb.
Sfera.az xəbər verir ki, 2026-cı ilin avqust ayında Türkiyənin xalis beynəlxalq investisiya mövqeyində 364,5 milyar dollar kəsir (mənfi balans) yaranıb.
Həmin ayda Türkiyənin xaricdəki aktivləri əvvəlki ayla müqayisədə 6,1 faiz artaraq 445,2 milyar dollara yüksəlib, xarici öhdəlikləri isə 1,1 faiz azalaraq 809,7 milyar dollara düşüb. Eyni dövrdə Mərkəzi Bankın rəsmi ehtiyatları (rezervləri) 22,2 milyar dollar artaraq 186,7 milyar dollar təşkil edib.
Aktivlərin tərkibi əvvəlki ayla müqayisədə araşdırılarkən məlum olur ki, birbaşa investisiyalar 0,7 faiz artaraq 82,4 milyar dollara çatıb, digər investisiyalar 1 faiz artaraq 163,3 milyar dollara yüksəlib. Bankların xarici valyuta aktivləri isə 2 faiz azalaraq 43,8 milyar dollara düşüb.
Öhdəliklərin tərkibinə nəzər saldıqda isə birbaşa investisiyalar 2,9 faiz azalaraq 225,9 milyar dollara düşüb, portfel investisiyaları 2,8 faiz artaraq 164,7 milyar dollar olub. Digər öhdəliklər (borclar) 1,3 faiz azalaraq 416 milyar dollar səviyyəsində qərarlaşıb.
Bu məlumatlardan görünür ki, Türkiyə borclu ölkələrdəndir.
Vasif






