Qiyməti rekord həddə çatacaq
Qızılın dünya bazarlarında qiyməti yaxın 12-18 ay ərzində tarixi maksimumunu yeniləyə bilər. Buna səbəb qlobal iqtisadi qeyri-sabitlik, inkişaf etmiş ölkələrin dövlət borclarının artması və qiymətli metala tələbatın yüksək qalmasıdır.
Sfera.az xəbər verir ki, bu barədə “Troy Asset Management” şirkətinin analitiki Şarlotta Yonq “Moneycontrol” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam etdikcə investorlar qızılı etibarlı investisiya vasitəsi kimi görməyə davam edəcəklər. Xüsusilə ABŞ dƏ daxil olmaqla inkişaf etmiş ölkələrin dövlət borclarının artması qiymətli metala marağı gücləndirə bilər.
Analitik qeyd edib ki, qızılın təklifi məhduddur və onu kağız pul kimi istənilən vaxt çap etmək mümkün deyil. Bu amillər qiymətli metalın dəyərinin uzunmüddətli artımını dəstəkləyə bilər.
Qızılın birja qiyməti bu ilin yanvarında kəskin yüksələrək bir troya unsiyası üçün 5 500 dollar həddini keçib. Bahalaşmaya təsir edən amillərdən biri də dünyanın aparıcı mərkəzi banklarının qiymətli metala yüksək tələbatı olub.
Ekspertlərin fikrincə, ölkələr orta müddətli perspektivdə qızıl ehtiyatlarını indiki templə artırmağa davam edərlərsə, qlobal bazarda təklif daha da azala bilər. Bu isə qiymətlərin yüksəlməsinə əlavə təkan verə bilər.
Fatimə
Sfera.az






