Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı
Kateqoriya məlum deyil
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
Sfera.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3.73 ABŞ dolları və ya 2.92% azalaraq bir barel üçün 124.14 ABŞ dollarına çatıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.






