İnflyasiya proqnozu artdı: qiymətlər yüksəlməkdə davam edəcək

İnflyasiya proqnozu artdı: qiymətlər yüksəlməkdə davam edəcək
Kateqoriya məlum deyil
T

Beynəlxalq Valyuta Fondu (BVF) 2026 və 2027-ci illər üzrə qlobal inflyasiya proqnozunu artırıb. Təşkilatın qiymətləndirməsinə görə, dünya üzrə inflyasiya hər iki ildə 4 faizdən yüksək olacaq.

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, BVF apreldə 2026-cı ildə qlobal inflyasiyanın 4,4 faiz, 2027-ci ildə isə 3,7 faiz olacağını proqnozlaşdırmışdı. Yeni qiymətləndirməyə əsasən, bu göstəricilərin müvafiq olaraq 4,7 və 4,1 faiz təşkil edəcəyi gözlənilir.

Proqnozun yüksəldilməsi əsasən İran münaqişəsinin yaratdığı mənfi təklif şoku ilə əlaqələndirilir. Bu vəziyyət enerji daşıyıcılarının və ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

Bununla yanaşı, BVF 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3 faizdən 3,1 faizə yüksəldib. 2027-ci ildə dünya iqtisadiyyatının 3,4 faiz böyüyəcəyi gözlənilir. Müqayisə üçün, 2025-ci ildə qlobal iqtisadi artım 3,5 faiz olub.

Hesabat müəllifləri son illərdə dünya iqtisadiyyatının görünməmiş hadisələr silsiləsi ilə üzləşdiyini vurğulayıblar.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin avqustunda dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR