Qeyri-neft-qaz ixracımız 20 %-dən çox artıb

Qeyri-neft-qaz ixracımız 20 %-dən çox artıb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.

Sfera.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixrac dəyəri 2,4 dəfə (136,8 %), alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 41 %, qara metallardan məmulatların ixrac dəyəri 32,2 %, bitki və heyvan mənşəli piy-yağların ixrac dəyəri 31,6 %, mis və ondan hazırlanan məmulatların ixrac dəyəri 21,7 %, pambıq lifinin ixrac dəyəri 16,6 %, qəhvə və çayın ixrac dəyəri 13%, yeməli meyvələrin ixrac dəyəri 12,5 %, tərəvəzlərin ixrac dəyəri 9,4 %, qara metalların ixrac dəyəri isə 8,5 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 16,5 % artaraq 776,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 28,6 % artaraq 299,7 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,6 % artaraq 1,08 milyard ABŞ dolları təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR