Süni intelekt "Samsung"u varlandırır - Rekord gəlir gözlənilir

Süni intelekt "Samsung"u varlandırır - Rekord gəlir gözlənilir
Kateqoriya məlum deyil
T

"Samsung Electronics" şirkəti süni intellektə olan güclü tələbatın çip biznesini canlandırması sayəsində, üçüncü rübdə 107,4 trilyon von (80,2 milyard dollar) rekord əməliyyat mənfəəti gözlədiyini açıqladı.

Sfera.az xəbər verir ki, rüblük mənfəətin bu həddə çatması şirkətin tarixində qeydə alınan ilk haldır.

"Samsung"un bu rübdəki əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 782 faiz artıb. Şirkətin ümumi gəlirinin isə illik müqayisədə təxminən 127 faiz artaraq 195 trilyon vona (145,5 milyard dollar) çatacağı gözlənilir.

Bu böyük uğura baxmayaraq, "Samsung"un səhmləri cümə axşamı səhər saatlarında 0,7 faiz ucuzlaşıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR