"SpaceX" 40 milyard dollarlıq çip alacaq

"SpaceX" 40 milyard dollarlıq çip alacaq
Kateqoriya məlum deyil
T

İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti "Nvidia" çiplərinin alınmasını maliyyələşdirmək üçün 40 milyard dollar cəlb etməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, "SpaceX" bu məqsədlə banklar və investisiya şirkətləri ilə danışıqlar aparır. Danışıqların ilkin mərhələdə olduğu və nəticəsiz də başa çata biləcəyi bildirilir.

“Financial Times” daha əvvəl "SpaceX"in təxminən 10 milyard dolları bank kreditləri, 30 milyard dolları isə istiqrazların yerləşdirilməsi yolu ilə cəlb etməyi planlaşdırdığını yazıb. Sövdələşmənin təşkilatçısı “Apollo Global Management” olacaq. Əməliyyatın 2027-ci ildə tamamlanması gözlənilir. “Pacific Investment Management Co.”nun (PIMCO) da sövdələşmədə iştirak edə biləcəyi qeyd olunur.

Qeyd edək ki, texnologiya şirkətləri və süni intellekt modelləri hazırlayan şirkətlər bahalı çiplərlə təchiz edilmiş iri məlumat emalı mərkəzlərinin (DTC) qurulmasına və oradakı hesablama güclərinin icarəsinə yüz milyardlarla dollar xərcləyirlər. Bu investisiyaların əhəmiyyətli hissəsi borc vəsaitləri hesabına maliyyələşdirilir.

Mask ötən ay "SpaceX"in “Colossus 2” süni intellekt klasterində “Nvidia” çiplərinin sayını ilin sonuna qədər iki dəfədən çox artıracağını açıqlamışdı. Onun sözlərinə görə, hazırda “Colossus 2”də 110 min “Nvidia GB200” və 440 min “Nvidia GB300” prosessoru var.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR