Qazaxıstanın 2030 planı: Neft məhsullarının ixracına başlayacaq

Qazaxıstanın 2030 planı: Neft məhsullarının ixracına başlayacaq
Kateqoriya məlum deyil
T

Qazaxıstan 2030-cu ilə qədər daxili bazarın neft məhsullarına olan tələbatını tam ödəməyi və daha sonra Mərkəzi Asiya ölkələrinə hazır neft məhsulları ixrac etməyə başlamağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkədə üç iri neft emalı zavodu – Atırau, Şımkent və Pavlodar zavodları fəaliyyət göstərir.

Qazaxıstan ötən il 18,4 milyon ton neft emal edib və təxminən 15,5 milyon ton hazır neft məhsulu istehsal edib. Bu həcm ölkənin daxili tələbatının 90 faizdən çoxunu qarşılayıb.

Akkenjenov qeyd edib ki, Şımkent neft emalı zavodunun gücünün 6 milyon tondan 12 milyon tona, Pavlodar zavodunun emal gücünün isə daha 2 milyon ton artırılması planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi ilə Qazaxıstan daxili bazarın tələbatını tam təmin etməyi, 2030-cu ildən isə Mərkəzi Asiya ölkələrinə hazır neft məhsullarının ixracına başlamağı hədəfləyir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR